ABBA 39 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək

ŞOU 29 avq 2021, 06:28 301

İsveçin məşhur ABBA qrupu 39 illik fasilədən sonra yeni mahnılarını təqdim edəcək.

“sosial.tv”un məlumatına görə, bu barədə “The Sun” nəşri yazıb.

Qeyd edilir ki, tədimat sentyabrın 2-ə nəzərdə tutulub.

Əfsanəvi qrupun yeni saytı da fəaliyyətə başlayıb və tvitterdə banner yerləşdirib.

Qeyd edək ki, ABBA qrupu 1972-ci ildə yaradılıb. qrup son albomunu 1982-ci ildə buraxıb. On il sonra kvartet dağılıb. Bu müddətdə qrup tarixin ən məşhur pop-qruplarından birinə çevrilib.

Bununla belə, qrupun ictimaiyyət qarşısında ifa edilməyən bəzi mahnıları 90-cı illərdə yayılıb. Qeyd edək ki, beynəlxalq “Eurovision” mahnı müsabiqəsi tarixində ən böyük mahnı ABBA-ya məxsusdur. Bu, “Waterloo” mahnısıdır.

Dördlüyün həmçinin “Mamma Mia”, “Happy New Year”, “Dancing queen”, “Chiquitita” mahnıları bütün dünyada ən çox dinlənilən mahnılara çevrilib.

Qrupun heyətinə Aqneta Feltskoq, Born Ulveus, Benni Andersson və Anni-Frid Linqstad daxildir. ABBA adı da üzvlərin adlarının baş hərflərindən yaranıb.

ABBA son 2 ildə beş yeni mahnı yazıb. Həmin mahnıları 2020-ci ildə buraxmaq planlaşdırılıb, ancaq texniki çətinliklərə və koronavirus pandemiyasına görə relizləri təxirə salmaq lazım gəlib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top