"Mərkəzi Bank faizi artırmaqla Türk Lirəsinin dəyərini qoruyub saxlayib"

BANK 20 noy 2020, 11:29 529
"Mobius Capital Partners" şirkətinin qurucusu Mark Mobius, bazarların Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Noyabr ayı faiz qərarını necə qarşıladığını qiymətləndirib.
 
sosial.tv Marja -ya istinadən xəbər verir ki, məşhur sərmayəçi Mark Mobius, Mərkəzi Bankının pul siyasəti faizini 4,75 bənd artıraraq 15%-ə yüksəltməsinin bazarlarda müsbət qarşılandığını söyləyib. 
 
"TCMB-in faizi artırması yaxşı oldu, Türk Lirəsinin dəyərdən düşməsinin qarşısını aldı" deyən Mobius, faiz artımının Türkiyənin faydalanacağı bir mühiti yaradacağını ifadə edib. 
 
Mobius,"Türkiyəyə etibarımızı itirmədik. Türkiyə səhmlərini ehtiva edən bir portfelimiz var. Yaşanan problemlərə baxmayaraq səhmlərin yaxşı bir şəkildə irəliləyəcəyini düşünürəm",- bildirib.
 
Xəbər verdiymiz kimi, TCMB-nin faiz qərarından sonra Türk Lirəsi bahalaşıb, Dollar/TL məzənnəsi 7.55 səviyyələrinədək geriləyib.
JİA.AZ

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top