Moody’s‌ ‌“Bank‌ ‌Respublika”nın‌ ‌yüksək‌ ‌reytinqini‌ ‌bir‌ ‌daha‌ ‌təsdiqlədi‌ ‌

BANK 13 okt 2020, 08:57 398

Moody’s beynəlxalq reytinq agentliyi “Bank Respublika”nın uzunmüddətli kredit reytinqini bir daha “B3” səviyyəsində təsdiqləyib, bu isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir. Reytinqin təsdiq olunması bankın yüksək kapitallaşması, səhmdarların dəstəyi, mənfəətin artması və eləcə də bankın yetərli qədər likvidliyi ilə bağlıdır.

Moody’s mütəxəssisləri, Bankın kapital göstəricilərinin yaxın 12-18 ay ərzində sabit qalacağını və bunun maliyyə ehtiyatlarının yaradılması üzrə xərclərin mümkün artması təqdirdə, kapitalın daxili artım potensialı sayəsində mümkün olacağını qeyd ediblər. Kreditlərin ümumi aktivlərdəki payının yüksək olmaması və likvid vəsaitlərin buferinin yetərli səviyyəsi, “Bank Respublika”ya rəqib banklarla müqayisədə daha yüksək risklərin qarşılanmasına imkan yaradır.

Bundan başqa, 2020-ci ilin avqust ayının sonuna I dərəcəli kapitalın adekvatlıq əmsalı 10,7%, məcmu kapitalın adekvatlıq əmsalı isə 15,9% təşkil edib ki, bu da minimal normativ tələblərdən müvafiq olaraq 5%-dən və 10%-dən çoxdur.  

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top