Bağlanmış 4 bankın əmanətçilərinə vəsaitlər ödənilib.

BANK 11 okt 2020, 11:08 469
 
 
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) indiyə qədər ləğvedicisi olduğu “Atabank”, “Amrah Bank”, “AGBank” və “NBC Bank” ASC-lərin 23,1 min qorunan əmanətçisinə 542,165 milyon manat kompensasiya ödəyib.
 
JİA.AZ xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.
 
Məlumatda həmçinin deyilir ki, “Atabank”ın 9,3 min əmanətçisi 214,7 milyon manat, “Amrah Bank”ın 5,6 min əmanətçisi 132,8 milyon manat, “AGBank”ın 4,2 min əmanətçisi 80,3 milyon manat, “NBC Bank”ın isə 4 min əmanətçisi 114,3 milyon manat kompensasiya alıb.
 
“Atabank” və “Amrah Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə 1 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.
 
“AGBank” və “NBC Bank”ın əmanətçilərinə kompensasiyaların ödənilməsinə isə 16 iyun 2020-ci il tarixindən başlanılıb və kompensasiyalar nağdsız qaydada “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.
 
“Əmanətlərin sığortalanması haqqında” qanuna əsasən, ADIF əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top