Gənclərin seçkilərdə fəal iştirakı təqdirəlayiqdir

KÖŞƏ 26 dek 2019, 23:59 498
Bu il dekabrın 23-də Azərbaycanda azad, ədalətli, şəffaf şəkildə bələdiyyə seçkiləri keçirildi. Yerli özünüidarə orqanlarına artıq beşinci dəfə uğurla həyata keçirilən  seçkilər bir daha sübut etdi ki, ölkəmiz sivil, demokratik dəyərlərə sadiqdir və bu istiqamətdə bundan sonra da inamla addımlamaq əzmindədir. Vətəndaş cəmiyyəti fəalı, “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Habil Niftalı seçkilər barədə fikir və təəssüratlarını bizimlə bölüşərkən dedi:  – Mən, adətən, səsvermə günü seçki məntəqəsinə tez getməyə və bununla da öz vətəndaşlıq borcumu yerinə yetirməyə çalışıram. Bu dəfə də belə oldu. Yeni Günəşli qəsəbəsində səs verməyə hazırlaşdığım məntəqədə artıq səhər saat 10 radələrində xeyli seçici vardı. Onların arsında gənclər xüsusilə çox idi. Bu hal məni çox sevindirdi. Bəli, bu, bir reallıqdır ki, Azərbaycan vətəndaşları, eləcə də gənclər möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik liderliyi ilə son vaxtlar ölkəmizdə uğurla həyata keçirilən demokratik prosesləri, hərtərəfli islahatları birmənalı olaraq dəstəkləyirlər. Onlar bu prosesdə fəal iştirak edirlər. Bilirlər ki, məqsəd dövlətimizi qüdrətli etmək, xalqımızın rifahını daha da yaxışılaşdırmaqdır. Azərbaycan bu gün yüksək inkişaf və tərəqqi yolundadır. Dahi siyasətçi Heydər Əliyev müstəqil Azərbaycanın bütün dünyaya Günəş kimi doğacağına inanırdı. Bu, gün ulu öndərin arzuları, həqiqətən, çin olub. Ölkəmiz bu gün regionun ən güclü və qüdrətli dövlətidir, bütün dünyada sayılıb-seçilir. Xalqımızın sevimli lideri Prezident İlham Əliyev dəfələrlə öz parlaq nitq və çıxışlarında gəncləri ölkəmizin daha sürətli inkişafı və tərəqqisi üçün fəal və kreativ olmağa çağırıb. Hər birimiz Vətənimizin parlaq gələcəyi naminə öz töhfəmizi verməliyik. Əminəm ki, gənclər bu çağırışlara əməli işlərlə cavab verəcəklər. “Xalq qəzeti” 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top