Sosial islahatlar dövlətimizin qüdrətinin parlaq təcəssümüdür

KÖŞƏ 26 noy 2019, 13:01 867
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən sosial islahatlar ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələri, o cümlədən vətəndaş cəmiyyəti fəalları tərəfindən dərin razılıq hissi ilə qarşılanır. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədri Habil Niftalı bu barədə fikir və düşüncələrini bizimlə bölüşərkən dedi:  – Mən, bir vətəndaş, həm də QHT fəalı olaraq, dövlət başçısı İlham Əliyevin əhalinin maddi rifah ının daha da yaxşılaşmasına xidmət edən sosial siyasətini ürəkdən dəstəkləyirəm. Hesab edirəm ki, ölkəmizdə davamlı surətdə aparılan sosial islahatlar cəmiyyətdə milli birliyi, harmoniyanı gücləndirir, vətəndaşların öz dövlətinə, xalqımızın müdrik liderinə inam və etimadını gücləndirir. Təqdirəlayiq haldır ki, ölkəmizdə sosial sahədə islahatlar planlı, düşünülmüş şəkildə aparılır və əhalinin ən müxtəlif təbəqələrini əhatə edir. Belə ki, əhalinin ən həssas təbəqələri –qaçqın, məcburi köçkün, əlil və pensiyaçılardan tutmuş, bütün büdcə təşkilatlarında çalışanlara qədər heç kəs dövlətin qayğı və diqqətindən kənarda qalmır. Mən uzun illərdir ki, qeyri-hökumət təşkilatları sahəsində çalışıram. Rəhbərlik etdiyim “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin üzvləri, ilk növbədə maddi vəziyyətləri nisbətən çətin olan ailələrlə bağlı layihələr hazırlayır və icra edirlər. Bu insanlarla təmas zamanı hiss edirəm ki, onların hər biri dövlət başçısının sosial ədalət prinsiplərinə  söykənən siyasətindən yerdən-göyə qədər razıdırlar. Bir məqamı da vurğulamaq istəyirəm. Bu gün Azərbaycanda, sözün əsl mənasında, xalqla iqtidar arasında qırılmaz birlik yaranıb. Bu birliyi, vətəndaş məmnunluğunu pozmaq istəyən qüvvələr son vaxtlar fəallaşıblar. Lakin onlar heç vaxt məkrli niyyətlərinə çatmayacaqlar. Azərbaycan xalqı öz dövlətinə, Prezidentinə inanır, ölkə başçısının müdrik siyasətini dəstəkləyir. "Xalq" qəzeti  

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top