İslahatların hakimiyyətin qanunverici qolunu da əhatə etməsi tamamilə təbiidir

KÖŞƏ 26 dek 2019, 12:56 480
Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası ölkə parlamentinin buraxılması ilə bağlı müraciət qəbul edib. YAP sədrinin müavini –icra katibi, Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov bu məsələyə həsr olunmuş mətbuat konfransında bildirib ki, məqsəd Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən islahatlara dəstək verməkdir. “Optimist” Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Habil Niftalı bununla bağlı dedi: – Mən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçisi kimi, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən sistemli islahatları birmənalı olaraq dəstəkləyirəm. Hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətində yeniləşmə və  modernləşməyə ciddi zərurət yaranıb. Əminəm ki, bu istiqamətdə atılan düşünülmüş addımlar nəticəsiz qalmayacaq. Qeyd etmək lazımdır ki, islahatların hakimiyyətin qanunverici qolunu da əhatə etməsi tamam ilə təbiidir. Parlament ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan təsisatdır. Müstəqil Azərbaycanın tərəqqisi üçün onun səmərəli fəaliyyət göstərməsi vacibdir. ­İqtidar partiyasının ölkəmiz üçün taleyüklü bir məqamda qəbul etdiyi müraciəti düzgün və vaxtında atılmış addım hesab edirəm.Bir məsələni də vurğulamaq istərdim. Bu günlərdə tez-tez vətəndaş cəmiyyəti fəalları ilə islahatların məqsədi, icra mexanizmləri və sair barədə fikir mübadiləsi edirik. Müsahiblərimin böyük əksəriyyəti kadr və struktur dəyişikliklərinin dövlətimiz və xalqımız üçün faydalı olacağına inanır və islahatları dəstəkləyir. "Xalq" qəzeti

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top