Bərdədə qaçırılan 23 yaşlı qız tapıldı

HADİSƏ 24 apr 2024, 11:25 323

Bərdədə qaçırılan 23 yaşlı qızın tapılaraq ailəsinə təhvil verilməsi ilə bağlı bəzi detallar məlum olub.
Bu barədə Oxu.Az-a danışan rayonun Uğurbəyli kənd bələdiyyəsinin sədri Kazım Hüseynov bildirib ki, qız 45 yaşlı şəxs tərəfindən məcbur olaraq qaçırılıb:
“Qaçırılan qız gecə saatlarında ailəsinə təhvil verilib. Qız geri-ailəsinə qayıtmaqla bağlı oğlanla razılığa gəlib və axşam saatlarında izahat yazıb ki, onu məcbur olaraq qaçırıblar. O bildirib ki, onu dörd nəfər yox, iki nəfər – 45 yaşlı kişi bir nəfər sürücü qaçırıb. Həmçinin qız şikayətçi olmadığını da bildirib. Əlavə edib ki, ona qarşı heç bir fiziki və cinsi təzyiq göstərilməyib”.
Bələdiyyə sədri əlavə edib ki, bundan sonra ailələr arasında barışıq gözlənilmir. Qızın yaxınları ilə oğlan tərəfin ailə üzvləri arasında heç bir mübahisə yaşanmayıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top