Estoniya Rus Pravoslav Kilsəsindən ayrılmayan kilsələri bağlamağa hazırlaşır

DÜNYA 24 apr 2024, 09:43 141
Estoniya Daxili İşlər Nazirliyi ölkədəki pravoslav ibadət mərkəzlərinə Moskva Patriarxlığı ilə əlaqələrini kəsmək üçün növbəti dəfə müraciət edib. Əks halda belə kilsələrin bağlanacağını bəyan edib.
Sosial.tv “Sputnik”ə istinadla xəbər verir ki, Estoniyanın daxili işlər naziri Lauri Laanemets məlumatı təsdiqləyib.
Pyukhtitsa şəhərindəki kilsəyə səfəri zamanı açıqlama verən Laanemets, "Moskva Patriarxlığı ilə Estoniya Pravoslav Kilsəsi arasında kanonik bir bağ var. Onlar bir bütövün hissəsidirlər və ciddi iyerarxiyadadırlar. Dövlətin məqsədi qərarı yerli dini icmaların Moskva ilə bütün kanonik və hüquqi əlaqələrini kəsməkdir”.
Nazir kilsənin baş keşişi, Abbess Philaretanın sözlərini sitat gətirib: "Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillin bəyanatları onları heç nə ilə bağlamır, lakin kilsə hüququ baxımından vəziyyət daha mürəkkəbdir".
Laanemets əlavə edib ki, nazirlik Patriarx Kirillə bağlı olan və Moskva ilə əlaqələrini kəsməyən ibadət yerləri ilə bağlı qərar qəbul etməyəcək və bu ibadət yerlərinin bağlanması üçün məhkəməyə müraciət edəcəklər.

 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top