Polşa generalı: “Bir aydan sonra Ukraynada cəhənnəm olacaq”

DÜNYA 23 apr 2024, 16:05 160
Sosial.tv xəbər verir ki, Polşalı general Boquslav Pacek Onet-ə müsahibəsində bildirib ki, Kiyevin Rusiyanın böyük hücumuna hazırlaşması üçün bir ay qalıb. Onun fikrincə, mayın sonunda Rusiyanın hücumu başlanacaq. 
“Ukrayna müdafiəsinə gəldikdə bütün gücü ilə dayanır. Hər şey əskikdir. Yeni Amerika yardım paketi bir neçə ay üçün kifayət edəcək. O, Ukraynanın sağ qalmasına imkan verəcək, lakin özlüyündə müharibənin taleyini geri çevirməyəcək. İlk növbədə ukraynalılar 155 mm-lik top mərmiləri və atıcı silahların sursatları alacaqlar. Onlar hava hücumundan müdafiə üçün lazım olanı alacaqlar - General Boquslav Pacek bildirib.
O qeyd edib ki, həmin vaxt Ukraynada cəhənnəm olacaq. Patsekin sözlərinə görə, Amerika yardımı Ukrayna silahlı qüvvələrinə bir neçə ay tab gətirməyə kömək edəcək, lakin münaqişənin taleyi artıq həll olunub.




 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top