ABŞ-dan inanılmaz: General Mirzəyevə və 40 RƏSMİ məmurumuza sanksiya təklif edilir!!! -TAM SİYAHI

GÜNDƏM 23 apr 2024, 09:11 204

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilirkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib.

Axar.az xəbər verir ki, bu barədə QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy qeyd edib.

O bildirib ki, layihənin qəbul edilib-edilməməsi ayrı mövzudur:

“Ancaq təqdim edilən siyahıda əsasən hərbiçilərdir. Bu ölkədə hazırda xalq arasında ən sevilən qurumların başında Azərbaycan Ordusu gəlir. Onun da ən sevilən zabitini - general Hikmət Mirzəyevin adını da yazıblar siyahının başına. İndi bu addım Azərbaycan xalqının ABŞ-a yanaşmasında növbəti ciddi neqativ deməkdir! Üstəlik general Hikmət Mirzəyev müdafiə nazirinin müavinidir. ABŞ ilə NATO-nun Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq etmək istədiyi bilinən şeydir. Bir yandan Azərbaycan ilə əməkdaşlıq istəyib, digər tərəfdən Azərbaycan Ordusunun xalq arasında ən çox sevilən və ordunu NATO standartlarına çatdırmaq üçün ən çox cəhd göstərən generallarından birini və Ordunu faktiki idarə edən müxtəlif yüksək rütbəli zabitləri qara siyahıya almaq cəhdi nə deməkdir axı?!

Siyahıda adı olan bir digər mühüm şəxs DTX rəhbəri general Əli Nağıyevdir. General Nağıyev isə Azərbaycanda Rusiya və İran agentura şəbəkələrinə qarşı uğurlu əməliyyatları ilə bilinən milli təhlükəsizlik qurumunun rəhbəridir. Onu bu siyahıya salmaq həm də ABŞ ilə Azərbaycan arasında təhlükəsizlik əməkdaşlığı imkanlarına ciddi zərbə vurmaq deməkdir!

Qısaca, ABŞ Azərbaycan siyasətində öz ayağına güllə sıxmağa davam edir”.

Qeyd edək ki, bu layihə erməni lobbisinin Azərbaycana qarşı 24 aprel öncəsi uğursuz cəhdidir və layihənin Konqresdə dəstəklənmə ehtimalı çox azdır.

Musavat.com bildirir ki, ABŞ Konqresinə sanksiya üçün təqdim olunan tam siyahı da yayılıb.

Mənbələrin “mütləq tam olmayan” adlandırdığı ABŞ-ın sanksiyalarına təqdim olunan Azərbaycan rəsmilərinin tam siyahısı belədir:

1. General-leytenant Hikmət İzzət oğlu Mirzəyev, Əlahiddə Ümumqoşun Ordusunun komandiri.
2. Hərbi polis bölməsinin rəisi, polkovnik-leytenant Elgün Əliyev.
3. Polkovnik Elşən Sanayev, Azərbaycanın 218-ci komandir briqadasının komandiri.
4. General-leytenant Ənvər Əfəndiyev, Azərbaycan Quru Qoşunlarının komandanı.
5. General-mayor Ceyhun Həsənov, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti.
6. Əli Nağıyev, dövlət mühafizə xidmətinin rəisi.
7. Samir Nuriyev, Prezident Əliyev Administrasiyasının rəhbəri.
8. Fuad Ələsgərov, prezidentin hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi.
9. Orxan Səmədov, Baş Prokurorluq.
10. Vüqar Quliyev, Baş Prokurorluq.
11. Ziya Məsurov, Baş Prokurorluq.
12. Pərviz Mirxəşimov, Baş Prokurorluq.
13. Babaxan Həsənəliyev, Baş Prokurorluq.
14. Həmzə Eldar Əkbər oğlu, Baş Prokurorluq.
15. Ələkbərov Valeh Həsən oğlu, Baş Prokurorluq.
16. Faiq Qəniyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
17. Mirzə Xankişiyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
18. İlham Mahmudov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
19. Eldar İsmayılov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
20. Cavid Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
21. Samir Əliyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
22. Azad Məcidov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
23. Zeynal Ağayev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
24. Səbuhi Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
25. Əfqan Hacıyev, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
26. Telman Hüseynov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
27. Əli Məmmədov, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi.
28. Vüsal Qurbanov, Nərimanovski Rayon Məhkəməsinin hakimi.
29. Kamranov Hafiz, Nərimanovski Rayon Məhkəməsinin hakimi.
30. Yusif Yusifov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq İdarəsinin baş müstəntiqi.
31. Abbasov Mirzəli Əbdüləli oğlu, Bakı Apellyasiya Məhkəməsi.
32. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, general-mayor Əbülfət Rzayev.
33. Elçin Məmmədov, Baş prokurorun birinci müavini.
34. Leytenant Fuad Rəfael oğlu Nəbiyev, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.
35. Elçin Quliyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.
36. İlham Mehdiyev, Azərbaycan Dövlət Sərhəd Xidməti.
37. Vüsal Sultanov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
38. Azad Ələkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
39. İsmayıl Əkbərov, Azərbaycan Dövlət Sərhəd Xidməti.
40. Ramin Bağırov, Azərbaycan Dövlət Sərhəd Xidməti.

Musavat.com-un qeydi: 1.Hakimlərin siyahıda olma səbəbi - erməni müharibə canilərinə və əsirlərə hökm oxumalarıdır.

2. Bu siyahının Azərbaycan -Rusiya münasibətlərinin daha da yaxşılaşması fonunda yayılması da çox manidardır.

Musavat.com

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top