İran prezidenti Pakistana gedib

DÜNYA 22 apr 2024, 16:38 132
Sosial.tv “Eghtesad News”a istinadən xəbər verir ki, İran prezidenti İbrahim Rəisi bu gün səhər pakistanlı həmkarı Asif Əli Zərdarinin dəvəti ilə bu ölkəyə səfər edib.
Məlumata görə, səfərdə İbrahim Rəisini yüksək səviyyəli hökumət rəsmilərindən ibarət nümayəndə heyəti müşayiət edir.
Bildirilib ki, İbrahim Rəisi Pakistan prezidenti Asif Əli Zərdari ilə yanaşı, ölkənin Baş naziri Şahbaz Zəriflə də görüşəcək.
Görüşdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, ticarət, rabitə, enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq haqqında danışıqlar aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top