Mher Qriqoryan Tavuş sakinləri ilə görüşdən imtina edib

GÜNDƏM 22 apr 2024, 12:02 255
Məlum olub ki, baş nazirin müavini Mher Qriqoryan Tavuş sakinləri ilə görüşməyəcək, etirazçılar ilə inzibati rayonların rəhbərləri görüş keçirəcək.
Sosial.tv xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Xatırladaq ki, Tavuşlular yolun həmin hissəsində gecələyiblər. Sakinlər baş nazirin müavini Mher Qriqoryanla görüşü gözləyirlər.
Qriqoryan işğal altında olan yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasına etiraz edən insanlarla görüşməli, onların tələblərini və təhlükəsizlik problemlərinin həlli üçün mümkün variantları müzakirə etməli idi.
Sonda Baş nazirin müavini Tavuşda gözlənilən görüşü ləğv edib və bildirilib ki, sakinlər rayonların rəhbərləri ilə görüşəcək.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top