Rusiya Ukraynada alman tankını ələ keçirib

DÜNYA 22 apr 2024, 10:45 120
Rusiya ordusu Almaniya tərəfindən Ukraynaya verilmiş “Leopard 2”nin ən güclü variantı olan “Leopard 2A6”nı ələ keçirə bilib.
Sosial.tv xəbər verir ki, “Military Watch Magazine” xüsusi hərbi əməliyyat zonasından görüntülər əsasında məlumatı təsdiqləyib: “Aprelin 21-də yayımlanan videogörüntülər sübut edir ki, Rusiya ordusunun bölmələri döyüşlər zamanı Leopard 2A6 tankını ələ keçirib. Avropa istehsalı olan tanklar arasında Leopard 2A6 öz imkanlarına görə yalnız çox az sayda istehsal olunmuş Leopard 2A7-dən geri qalır”.
Bir müddət əvvəl isə Sputnik agentliyi ələ keçirilən tankın evakuasiyasını əks etdirən kadrları yayımlayıb. Sputnikin məlumatına görə alman tankını rusiyalı topçu Sergey Lazarenko ilk atəşlə vurmağa nail olub.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top