ABŞ-nin Suriyadakı bazası vurulub

DÜNYA 22 apr 2024, 10:31 87
Bazar günü İraqın Zummar şəhərindən Suriyanın Rumalin şəhərindəki koalisiya bazasına beş raket atılıb.  
Sosial.tv Reuters agentliyinə istinadla xəbər verir ki, İraq təhlükəsizlik xidmətinin əməkdaşı və ABŞ rəsmisi məlumatı təsdiqləyib.
ABŞ qüvvələrinə qarşı hücum fevralın əvvəlindən bəri ilkdir. İraqın “Kətaib Hizbullah” hərəkatına bağlı “Telegram” kanalı ABŞ qoşunlarının İraqdan çıxarılması ilə bağlı irəliləyiş əldə olunmadığı üçün ABŞ qüvvələrinə qarşı zərbələrin bərpa olunduğunu açıqlayıb.
Qeyd edək ki, hücumdan bir gün əvvəl İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ABŞ-da rəsmi səfərdə olub Ağ Evdə Co Baydenlə görüşüb.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top