Polşa Ukraynaya “Patriot” verməyəcək

DÜNYA 19 apr 2024, 12:10 110
Polşanın Ukraynaya vermək üçün kifayət qədər “Patriot” zenit-raket kompleksləri yoxdur. Sosial.tv xarici mətbuata istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bu barədə Brüsseldə keçirilən Avropa İttifaqının qeyri-rəsmi sammitindən sonra jurnalistlərə bildirib.
O qeyd edib ki, Almaniya kansleri Olaf Şolzun Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etmək imkanlarının tapılması çağırışı “cəbhə xəttində mövqeyinə” görə Polşaya aid edilmir.
Bundan əvvəl Polşa prezidenti Anjey Duda bəyan etmişdi ki, Kiyevə “Patriot” zenit müdafiə sistemi təqdim etmək mümkün deyil. 
Onun sözlərinə görə, respublika hələ indi özünün hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sistemlərini yaratmağa başlayır.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top