İsrailli nazirdən qalmaqallı təklif

DÜNYA 18 apr 2024, 17:00 155
İsrailin ifrat sağçı görüşləri ilə tanınan Milli Təhlükəsizlik naziri, Yəhudi Gücü partiyasının lideri İtamar Ben-Qvir İsrail həbsxanalarında sıxlığı azaltmaq üçün fələstinli məhbuslara edam cəzasının verilməsini təklif edib. Ben-Qvir fələstinli məhbusları terrorçu elan etməklə yanaşı yeni həbsxanaların tikiləcəyinə sevindiyini bildirib.
Sosial.tv xəbər verir ki, İtamar Ben-Qvir bununla bağlı X platformasındakı hesabında açıqlama yayıb. O qeyd edib ki: “İsrail hökumətinin fələstinli məhbuslar üçün 936 əlavə həbsxananın tikintisinə icazə verilməsi təklifini bəyənməsindən məmnundur”.
“Əlavə tikinti daha çox terrorçunun həbsxanada saxlanılmasına imkan verəcək və həbsxanada saxlanma böhranının qismən həllini təmin edəcək”.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top