Ursula fon der Leyen müharibəyə hazırlaşmağa çağırır

DÜNYA 18 apr 2024, 15:59 113
Avropa hazırda real müharibə təhlükəsi ilə üz-üzədir, buna hazır olmalıdır. 
Sosial.tv xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Brüsseldə müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransda deyib.
“İndi yəqin ki, birbaşa müharibə təhlükəsi yoxdur, lakin bunun mümkünsüz olduğunu söyləmək olmaz. Biz buna hazır olmalıyıq”, - deyə o bildirib.
Avropa rəsmisinin sözlərinə görə, mümkün silahlı münaqişəyə hazırlıq Avropa İttifaqına üzv ölkələrin hərbi qüvvələrinin nəzərdən keçirilməsini və modernləşdirilməsini tələb edir.
O, həmçinin hərbi əməliyyatlarda uğurlu iştirak üçün yeni nəsil silahların hazırlanması və istehsalının zəruriliyini vurğulayıb.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top