Ruslar yaralıların təxliyyəsi üçün robot hazırlayıblar

DÜNYA 18 apr 2024, 10:25 210
Rusiya Müdafiə Nazirliyi hərbi əməliyyatlar zamanı yaralıların döyüş meydanından təxliyyəsini həyata keçirəcək avtonom idarə olunan çox məqsədli nəqliyyat vasitəsinin hazırlandığını açıqlayıb.
Müdafiə naziri Sergey Şoyqu yeni silah və hərbi təchizatın nümayiş etdirildiyi “Patriot” sərgi mərkəzinə ziyarəti zamanı 30-dan artıq silah, hərbi və xüsusi məqsədli təchizat vasitələri ilə tanış olub.
Yeni hərbi texnika arasında materialların, avadanlıqların və yaralıların daşınmasına imkan verən nəqliyyat robotu da sərgilənib.  
Şoyqu hərbi əməliyyat zonasında tibbi robotlara tələbatın yüksək olduğuna diqqət çəkib və robotun tamamlanmasının sürətləndirilməsi və kütləvi istehsala başlanması barədə göstəriş verib.
Nazirlik rəsmilərinə bu robotların xüsusi hərbi əməliyyat zonasında uğurla sınaqdan keçiriləcəyi təqdirdə modernləşdirilməsi prosedurunu sadələşdirməyi tapşıran Şoyqu: "Bu robotları inanılmaz həyəcanla gözləyirlər. Heç bir şey insan həyatından qiymətli deyil. Yaralıların cəbhədən çıxarılmasını təmin etmək üçün bunu mümkün qədər təhlükəsiz və tez etməliyik " deyib.
İlk 30 nəqliyyat robotunun may ayının sonunadək Rusiya Silahlı Qüvvələrinə təqdim ediləcəyi bildirilib.
Tısbağa adlı robot 500 kq-a qədər yükdaşıma qabiliyyətinə və 5 km məsafəyə malikdir.  Robot elektrik mühərriklə işlədiyindən akustik səs-küy yaratmır və termal durbinlərə görünmür. Nisbətən kiçik ölçüsü (hündürlüyü təxminən bir metr) səbəbindən vizual aşkarlanması da çətindir.



DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top