Təcili tibbi yardımın əməkdaşları döyüldü

HADİSƏ 17 apr 2024, 10:30 251

Ağsuda təcili tibbi yardım xidmətinin əməkdaşlarına xəsarət yetirilib. 
Sosial.tv APA-ya istinadən bildirir ki, rayon sakini Samit Hüseynov Ağsu rayon təcili tibbi yardım əməkdaşları - həkim-feldşer, 1962-ci il təvəllüdlü - Şikarov Zöhrab Babacan oğluna və təcili tibbi yardımın sürücüsü, 1990-ci il təvəllüdlü Elnur Xasıyevə xəsarət yetirib. Hər iki şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın Şirvan bürosunun sorğusuna cavab olaraq bildirib ki, xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunub, tərəflərin izahatları alınıb və hazırda araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top