Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır

HADİSƏ 17 apr 2024, 09:42 408

Bu gün Bakının Xətai rayonu ərazisində ağır yol qəzası baş verib. 
“Qafqazinfo” xəbər verir ki, 8 Noyabr prospektində tanınmış aparıcı Aytən Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub.
Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb. Onun ağır xəsarətlər aldığı bildirilir.
A.Səfərovanın ailəsindən saytımıza bildirilib ki, aparıcı xəstəxananın travmatologiya şöbəsinə çatdırılıb və hazırda müayinə olunur.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top