Ukrayna son anda Rusiya ilə razilaşmadan imtina edib

DÜNYA 16 apr 2024, 16:04 286
Rusiya və Ukrayna Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə dair razılaşmaya razılığa gəliblər, lakin Kiyev son anda qərarını dəyişib və razılaşmaqdan imtina edib.
Sosial.tv xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan razılaşmanı martın 30-da açıqlamalı idi və ondan əvvəl danışıqlar iki ay davam edib.
Eyni zamanda, qeyd edildiyi kimi, BMT digər məsələlərlə yanaşı, naviqasiya təhlükəsizliyinə dair saziş də imzalamağa çağırıb. 
Qara dəniz Ukrayna və Rusiya ərzaqlarının dünya bazarlarına çatdırılması üçün ən vacib marşrut olmaqda davam edir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top