Çin lideri Ukrayna böhranının həlli üçün dörd prinsip təklif edir

DÜNYA 16 apr 2024, 12:48 186
Çin Prezidenti  Si Cinpinq Pekində rəsmi səfərdə olan Almaniya kansleri Olaf Şoltz ilə Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıb.
Müzakirlər zamanı Ukraynada sülhün mümkün qədər tez bərpa olunması və böhranın nəzarətdən çıxmasının qarşısını almaq üçün dörd prinsip təklif edib.
Sosial.tv yerli mediaya istinadən xəbər verir ki, Çin lideri Pekində rəsmi səfərdə olan Almaniya kansleri Olaf Şoltz ilə Ukrayna böhranı ilə bağlı ətraflı fikir mübadiləsi aparıb. "Birincisi, sülhün və sabitliyin qorunub saxlanmasına üstünlük verməli və eqoist mənfəət güdməkdən çəkinməliyik. İkincisi, alova yağ tökmək əvəzinə vəziyyəti soyutmalıyıq. Üçüncüsü, sülhün bərpası üçün şərait yaratmalı və gərginliyi daha da artırmamalıyıq. Dördüncüsü, biz qlobal iqtisadiyyata mənfi təsirləri azaltmalı və qlobal sənaye və təchizat zəncirlərinin sabitliyinə xələl gətirməkdən çəkinməliyik”, - Çin lideri bildirib.
Şoltz aprelin 12-dən Pekində rəsmi səfərdədir. Bu, onun Almaniya Federativ Respublikasının kansleri kimi Çinə ikinci səfəridir. Şoltzu üç nazir - ətraf mühit, kənd təsərrüfatı və nəqliyyat nazirləri müşayiət edir. Nümayəndə heyətinə aparıcı alman şirkətlərinin, xüsusilə Siemens, BMW və Mercedes-Benz şirkətlərinin nümayəndələri daxildir. Səfərdə ikitərəfli ticarət və iqtisadi əlaqələrə xüsusi diqqət yetirilir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top