Səhiyyə Nazirliyində əməliyyat keçirilib

DÜNYA 16 apr 2024, 12:39 166
Sosial.tv yerli mediaya istinadən xəbər verir ki, bu gün Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyində birgə əməliyyat keçiriblər.
Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan açıqlama yayaraq əməliyyatı təsdiqləyib. Bildirilib ki, İstintaq Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində və müəyyən tibb müəssisələrində əməliyyat keçirilib. Açıqlamada İstintaq Komitəsinin dövlətə, konstitusiya quruluşuna və ictimai təhlükəsizliyə qarşı cinayətin təhqiqatını apardığı qeyd edilib.
Ehtimal olunur ki, Paşinyan iqtidarına müxalif yüksək vəzifəli şəxslər həbs olunacaq.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top