Yaponiya Rusiyani Kuril adalarini işğal etməkdə ittiham edib

DÜNYA 16 apr 2024, 12:14 195
Yaponiya yenidən Rusiyanı Kuril adalarının bir hissəsini qanunsuz işğal etməkdə ittiham edib. Müvafiq məlumat Yaponiya Xarici İşlər Nazirliyinin “Mavi kitab” adlanan diplomatiya üzrə illik hesabatında yer alıb.
Sosial.tv TASS-a istinadən bildirir ki, sənəddə deyilir: “Şimal əraziləri Yaponiyanın suverenlik hüququna malik olduğu adalardır və onlar Yaponiyanın ata-baba ərazisidir, lakin hazırda Rusiya tərəfindən qeyri-qanuni işğal olunub.
Eyni zamanda Yaponiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Tokio hələ də Rusiya Federasiyası ilə sülh müqaviləsi imzalamağa və şimal əraziləri ilə bağlı problemləri həll etməyə meyllidir. Sənəddə vurğulanır ki, Yaponiya tərəfinin prioritet vəzifəsi Kuril adalarının cənub hissəsi ilə humanitar mübadilənin bərpasıdır. Xüsusən də Yaponiya hökumətinin bu ərazidəki ata-baba məzarlarını ziyarət etməsi vacibdir. Həmin hesabatda Yaponiya tərəfi Rusiya Federasiyasında neft və qaz hasilatı layihələrində öz payını saxlamaq istəyini ifadə edib. Tokio bunu özünün enerji təhlükəsizliyi üçün vacib hesab edir. Bununla belə, sənəddə ölkənin neft və kömür də daxil olmaqla Rusiyanın enerji resurslarından tədricən ayrılması istiqamətində yolu davam etdirəcəyi də bildirilir.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top