Anna Akopyanın 1 milyonluq “sirli” görüşü

GÜNDƏM 16 apr 2024, 11:21 142
Erməni iş qadınlarına 1 milyon dram ödəmək və Baş nazirin həyat yoldaşı Anna Akopyanla şam yeməyi təklif ediblər və bildirilib ki, yığılan pullar yeni fəaliyyətə başlayan qadın sahibkarlara yönəldiləcək.
Anna Akopyanın təşkil etdiyi “müəmmalı” şam yeməyi bazar günü “Armas” şərab zavodunda “Uğurlu qadın sahibkarların startap qadın iş adamlarına dəstəyi” adı altında keçirilib.
Hraparak.am xəbər verir ki, nahar qapalı formatda, mediada işıqlandırılmadan keçirilib və iki gün sonra 42 qadın sahibkarın baş nazirin xanımı ilə “görüşdüyün” bildirən video yayılıb. Yayımlanan videodan isə görünür ki, iştirakçıların sayı 40-45 nəfərə yaxındır. İştirakçılar arasında işgüzar xanımlarla yanaşı onların köməkçiləri, işçiləri, qohumları, hətta Anna Akopyanın işçiləri də var. Şam yeməyində “Astghik MMC”-nin direktorunun həyat yoldaşı Asatur Asatryan, MAVI-nın direktoru Hasmik Raşoyan, Lara şokolad qalereyasının direktoru, Diamond restoran kompleksinin təsisçi direktoru Laura Nahapetyan, Xaçatur Sukiasyanın qızı Çarçyan, “Teyan” şirkətinin təsisçisi Astqiq Qalstyan, “Anna-çay”ın təsisçisi Anna Saakyan və başqaları iştirak ediblər. Sahibkar qadınlar görüşün digər iştirakçıları nəinki nahar edib, həm də “sərxoş olub”, rəqs edib əyləniblər.
Sosial.tv
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top