"CBC Sport" Elxan Məmmədovun əlindən tam çıxdı

CƏMİYYƏT 15 apr 2024, 13:58 172

"CBC Sport"un kurasiyası əl dəyişib. 
Uzun illər Elxan Məmmədovun nəzarəti altında fəaliyyət göstərmiş kanalın idarəçiliyi yeni şəxsə keçib. 
İTV-nin direktoru Balakişi Qasımov "CBC Sport"u öz "çətir"i altına alıb. O, AFFA-nın yeni vitse-prezidenti olaraq belə bir səlahiyyət əldə edib.
Bəs Sərxan Hacıyev? Sözügedən şəxs kanalın Müşahidə Şurasının sədri olaraq qalmaqdadır. 
Onun kanalın işlərinə qarışmaq imkanı əvvəl də kağız üzərində idi, indi də belədir. 
2022-ci ilin mayından AFFA-nın baş katibi, bu ilin aprelindən isə yeni icraçı vitse-prezident vəzifəsini tutan Hacıyevin "CBC Sport" üzərində real nəzarət imkanı əldə edə bilmədiyini xatırladaq.
Elxan Məmmədov 2 ilə yaxındır Bakıdan Parisə köçsə də, kanala təsir rıçaqlarını böyük ölçüdə öz əlində saxlamışdı. Balakişi Qasımovun bu kurasiyaya yiyələnməsi ilə onun "CBC Sport"la bağlantılarının kəsiləcəyi şübhə doğurmur.
Böyük ehtimalla, az sonra islahat dalğasının şahidi olacağıq. Hər hansı bir səviyyədə. (sportinfo.az)

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top