Zümrüd Bədəlova: "Başımıza balon da düşə bilər, daş da"

ŞOU 13 apr 2024, 12:25 231

Sosial.tv xəbər verir ki, aparıcı Zümrüd Bədəlova OLAY-la həmsöhbət olub.

O, səhər verilişindən, ifalarından, proqramındakı yeniliklərdən danışıb.

- Hər gün efirə çıxmaq, xüsusi hazırlaşmaq çətin olmur?

- Səhərlər güclə oyanıram. Qış aylarında qətiyyən oyanmaq olmur. Hərdən efirə gecikirəm, özümü güclə çatdırıram. Bütün əziyyət efirə çıxana qədərdir. O ki musiqisi səslənir, veriliş başlayır daxilimizdən başqa biri çıxır. Mən də o qızı çox sevirəm. Bilirsiniz ki, məndə bir mən var. O biri məni daha çox sevirəm.

- İfalarınız da çox bəyənilir. Bu sahədə yeni işlər gözlənilirmi? 

- Keçən il oxuduğum mahnı indi-indi dinlənilməyə başlayıb. Ona klip çəkirlər. Bir də Aygün Səmədzadə mənə mahnı söz verib. 

- Aygün Bəylər rəhmətə gedəndən sonra sosial şəbəkələrdə müəyyən şərhlər yazılırdı. Bildirildi ki, guya media nümayəndələri, yaxud da sənət dostları sağlığında onu yada salmayıb. Siz də "Xəbər-ətər"də bu müzakirələrə üsyan etmişdiniz. Həm də proqramınızda onunla bağlı çıxışınız var idi.

- O primitiv cümləni mən deməyəcəyəm ki, sənətkarlara sağlığında qiymət vermək lazımdır. Sadəcə hər birimizin onlarla bağlı xatirələri var. Ancaq xatirələri dilə gətirmək bəs edirdi. Bir sənətkar dünyasını dəyişəndən sonra dastan yazmağa ehtiyac yoxdur. Çünki onların nə ona bir xeyri var, nə də özümüzü ağıllı göstərməyə yarayır. Sadəcə xatırlatma kimi qeyd etdik. Çox kövrəlmişdim, paylaşmaq istədim, bir çoxu kimi uzun dastan yazmadım ki, sənətkarlarımıza sağlığında dəyər vermək lazımdır. Onsuz da dəyər veriirk. Çox sevirik. Sadəcə bir müddət sonra o dəyəri hiss etməyəndə sınıb, ətraflarına kimsəni yaxın qoymurlar. Aygün xanım da elə idi. O, xəstələndikdən sonra zənglərimizi də açmamağa başlamışdı. Onu anlayıram. Çünki hamımızda olur ki, özümüzə sərhəd çəkib, insanların bizi narahat etməyinə icazə vermirik.

- Bu il "Sözbaz"da "Xəbər10" bölməsi var. Orada məşhurlarla bağlı xəbərləri yumorla təqdim edirsiniz. Bəs, sizdən incimirlər?

- İnciyirlər. Hətta inciyənlərlə yanaşı xəbərinin həmin bölmədə olmasını istəyən müğənnilərimiz, tanınmışlarımız da var. Bizi o bölümə görə məhkəməyə verməyə hazırlaşan bir müğənni də var idi. Deyirdi ki, haqqımda yanlış xəbər verirsiniz. Halbuki öz dilindən eşitmişdik. Təbii ki, ona sübut edə bilmədik. Dedim, bizi məhkəməyə ver. 

- Ad çəkə bilərsiniz?

- Şəbnəm Tapdıq. Onun xətrini çox istəyirəm. Dedi ki, yanlış məlumatlar deyirsiniz. Sizin efirdə işlətdiyiniz kəliməni qeyd etdik. Öz dediyiniz sözə görə bizi cəzalandırırsınıza, buyurun. Dedi ki, videonu yığışdırın. O da mənim səlahiyyətimdə olmadığı üçün toxunmadım. 

- Ötən il maşınınıza hücum olunmuşdu. O məsələ nə yerdə qaldı?

- Kamerlarda heç kim çıxmadı. Dedilər ki, maşının üstünə yuxarıdan balon düşüb. Balon necə düşübsə, bütün maşını cızıb. O balondan yenə istəyirəm, düşmənlərə göndərmək üçün. Söhbəti bağladıq. Təkrar-təkrar başımıza balon da düşə bilər, daş da. Ona görə ehtiyatlı olaq. İnşallah təkrarlanmaz. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top