Hicab taxdığı üçün işdən çıxarılan qadına təzminat ödəniləcək

DÜNYA 12 apr 2024, 10:51 463

İsveçdə dini səbəblərlə geyindiyi çadraya görə işlədiyi hava yolu şirkətindən qovulan qadına "ayrı-seçkiliyə məruz qaldığı" səbəbiylə təxminən 14 min dollar (150 min kron) təzminat ödənilməsinə qərar verilib. 
AZƏRTAC xəbər verir ki, bu barədə İsveçin ayrı-seçkilik üzrə Ombudsmanı Lars Arrhenius bildirib.
Ombudsmanın sözlərinə görə, əmək bazarında bərabərlik və din azadlığı işəgötürənin maraqları ilə ziddiyyət təşkil etməməlidir. O, oxşar hadisələrin qarşısını almaq üçün hava yolu şirkətinin qadına təzminat ödəməsinə qərar verildiyini söyləyib. 
Sözügedən qadın 2023-cü ildə ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək Ombudsmana şikayət edibmiş.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top