Xarkovun 47 yaşayış məntəqəsi məcburi boşaldılacaq

DÜNYA 12 apr 2024, 09:59 218

Xarkov vilayətində uşaqlı ailələr Rusiya ilə sərhədə yaxın yerləşən 47 yaşayış məntəqəsindən məcburi şəkildə təxliyə olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat yayıb.

Onun sözlərinə görə, məcburi təxliyə ilə bağlı qərar Regional Müdafiə Şurasının iclasında qəbul edilib.

"Söhbət yalnız Xarkov, Boqoduxovski və İzyum rayonlarında Rusiya Federasiyası ilə sərhədə yaxın yaşayış məntəqələrindən gedir. Bizdə olan məlumata görə, müəyyən yaşayış məntəqələrində 182 uşaq yaşayır", - deyə Sinegubov bildirib.

O qeyd edib ki, təxliyənin Xarkov şəhərinə aidiyyəti yoxdur.

Qurum rəsmisi bildirib ki, təxliyə marşrutları müəyyən edilib, insanların müvəqqəti yaşaması üçün yerlər bronlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top