Qaqauziya rəhbəri Rusiyadan hərbi yardım istəyə bilər

DÜNYA 10 apr 2024, 10:27 376
Moldova Qaqauziyanın müstəqilliyinə hərbi üsullarla reaksiya verərsə, bölgə rəhbərliyi Rusiya da daxil olmaqla hamıdan kömək istəyəcək.
Sosial.tv xəbər verir ki, Qaqauziya Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul Sputnik-ə açıqlamasında "Kişinov Rumıniya ilə birləşməyə qərar verərsə, Qaqauziya muxtariyyəti Moldovadan ayrılacaq" kimi əvvəlki açıqlamalarına aydınlıq gətirib.
Qutsul “Ümid edirəm ki, səlahiyyətli şəxslər sağlam düşüncə sahibi olacaqlar. Amma məsələ bu nöqtəyə çatsa, biz təbii ki, bütün ölkələrə, o cümlədən Rusiyaya müraciət edəcəyik.”
Qutsul Qaqauz muxtariyyətinin Moldovanın tərkibində qalmaq istədiyini də vurğulayaraq, yalnız ölkə rəhbərliyinin Rumıniya ilə birləşməyə qərar verəcəyi təqdirdə belə tədbir görəcəklərini vurğulayıb.
Qaqauziya Muxtar Vilayətinin rəhbəri əlavə edib ki, qaqauzlar müstəqil Moldova Respublikasında yaşamaq istəyirlər.
Aprelin 4-də çıxış edən Rumıniyanın baş naziri Marsel Çiolaku Moldova ilə birləşmə ideyasını dəstəklədiyini və bunun Moldovanın Avropa İttifaqına qoşulacağı təqdirdə baş verə biləcəyini bildirib.
Moldovanın xarici işlər naziri Mixay Popşoy isə əlavə edib ki, bir çox Rumıniya rəsmiləri, eləcə də Moldovalı siyasi partiya üzvləri iki dövlətin birləşməsi ideyasını dəstəkləyir.
Moldova və Rumıniya parlamentləri 2022-ci ildə ilk dəfə birgə iclas keçirib, iki ölkə hökumətləri bundan əvvəl bir neçə dəfə görüşüb, bir çox sahələrdə birgə komissiyalar və işçi qruplar yaradılıb.
Sorğuların nəticələrinə görə, moldovalıların əksəriyyəti Moldovanın Rumıniyaya birləşməsinə qarşıdır. İMAS Marketinq və Sosioloji Araşdırmalar İnstitutunun mart ayında keçirdiyi sorğuya görə əhalinin yalnız 8 faizi Rumıniya ilə birləşmək istəyən namizədə səs verəcək.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top