ABŞ Türkiyə əleyhinə qətnaməni rədd etdi

DÜNYA 01 mar 2024, 12:00 203

ABŞ senatorları F-16-ların Türkiyəyə satışını əngəlləməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə ”Röyters” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, ABŞ Senatı respublikaçı senator Rand Polun Türkiyəyə 23 milyard dollar dəyərində F-16 döyüş təyyarələri və modernizasiya dəstlərinin satışını dayandırmaq təklifini səs çoxluğu rədd edib.

Rand Polun təklifinə 79 nəfər qarşı çıxıb. Cəmi 13 nəfər onun qətnaməsinin lehinə səs verib.

Qeyd edək ki, Türkiyə bu qırıcıları və modernləşdirmə dəstlərini almaq üçün 2021-ci ilin oktyabrından müraciət edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top