Bütün dünya bu kişidən danışır - 24 övladı üçün ildə 1,5 milyon avro yardım alır

DÜNYA 29 fev 2024, 15:38 136

Almaniyada yaşayan Conatan A. adlı nigeriyalı 24 övladı üçün aylıq 22 min avro dövlət yardımı alır.

Musavat.com xəbər verir ki, ev kirayəsi, sosial ödənişlər və uşaq pulu kimi bir çox fərqli imtiyazlardan yararlanan bu şəxsin ildə 1,5 milyon avro gəlir əldə etdiyi ortaya çıxıb.

Milyonlarla dollarlıq avtomobillərlə dəbdəbəli həyat sürən kişi hazırd dünya mətbuatının gündəmindədir. 

O, himayəsində olan uşaqların sayını 24-ə çatdırıb. Anaları və yaxın qohumları da daxil olmaqla 94 nəfərə yardım almalarına kömək edən Conatan lüks həyat tərzi ilə də diqqət çəkir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top