ABŞ və Fransa vasitəçilik statusunu itirdilər – Fərid Şəfiyev

GÜNDƏM 29 fev 2024, 12:19 117

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ və Fransanın səsləndirdikləri birtərəfli bəyanatlarla vasitəçilik statuslarını itirdiklərini bəyan edib.

Mərkəz sədri “Report”a açıqlamasında qeyd edib ki, 30 il ərzində Azərbaycan əraziləri işğal altında qaldı, Avropa İttifaqı (Aİ) həmin müddətdə sərhədə heç bir missiya göndərmirdi, heç bəyanat da vermirdi, indi isə Aİ sərhədə missiya göndərib.

“Bunlar açıq şəkildə göstərir ki, onlar Ermənistanın təcavüzkar siyasətinə faktiki razılıq verdilər. İndi guya Ermənistana təhlükə var və onun arxasında dayanıblar. Biz bu siyasəti qəbul etmirik”, – o bildirib.

F.Şəfiyev xüsusilə 2023-cü ilin ikinci yarısında Azərbaycana qarşı ABŞ, Fransa, hətta Aİ Şurasının prezidenti Şarl Mişelin ofisi tərəfindən qərəzli mövqe müşahidə olunduğunu vurğulayıb: “Nəticədə onlar vasitəçilik statusunu birtərəfli bəyanatlarla itirdilər. Amma biz Qərbdən özümüzü təcrid etmirik. Sadəcə olaraq, görüş yerlərini məkan kimi görürük. Məsələn, bu gün Berlində görüş keçirilir və biz bu şəhəri məkan kimi görürük. Burada söhbət Almaniyanın vasitəçiliyindən getmir. Danışıqlar bundan sonra vasitəçisiz olacaq”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top