Ermənistan ordusunda KORRUPSİYA - saxlanılanlar var

DÜNYA 28 fev 2024, 17:04 106

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi hərbi hissədən 4 milyon dramın (təxminən 10 min dollar) oğurlanması və buna şərait yaradılması ilə bağlı araşdırmanı başa çatdırıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, İdarənin mətbuat xidmətindən verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tabor komandiri öz qulluq mövqeyindən istifadə edərək, şəxsən və taborunun tağımlarından birinin komandirinin köməyi ilə onlara etibar edilmiş 4 milyon dram məbləğində əmlakı talayıb.

Məlum olub ki, həmin zabitlər 2022-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayına qədər rəhbərlik etdikləri taborun maşınları üçün ayrılmış 500 min dram dəyərində 1200 litr dizel yanacağını hissə-hissə satıblar. Onlar oğurladıqları dizel yanacağını öz xidməti avtomobillərində daşıyıb və onu bazarda satıblar.

Bundan başqa, həmin zabitlərin 3,5 milyon dram məbləğində hərbi əmlakı “çırpışdırdıqları” məlum olub. Buraya hərbi geyimlər, zirehlər, yataq çantaları və palto - çadırlar, müdafiə ləvazimatları və digər hərbi geyim əşyaları aiddir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top