AZAL-ın Bakı-İstanbul təyyarəsi Ankarada TƏCİLİ eniş edib

HADİSƏ 28 fev 2024, 11:44 127

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

Məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Əlavə suallar yarandıqda sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top