"Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər"- İcmadan sərt bəyanat

QƏRBİ AZƏRBAYCAN 22 fev 2024, 14:29 137
"Ermənistanın artıq özünün ictimai səviyyədə Qarabağ ermənilərinin qayıdışından bəhs etmədiyi bir vaxtda Fransa prezidenti Emmanuel Makronun bu haqda danışması “ermənidən çox ermənilik etmək”dir və gülüş doğurur.
 
SOSİAL TV xəbər verir ki, bu fikir Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
 
Bildirilib ki, qayıdış qarşılıqlı olmalı və Qərbi azərbaycanlıların da Ermənistandakı öz dədə-baba yurdlarına dönməsi təmin edilməlidir.
 
“Yanlış və cığal addımlarına görə Azərbaycan-Ermənistan arasında normallaşdırma proseslərindən tam olaraq uzaqlaşdırılmış səlibçi mentalitetli Fransanın bundan sonra ən doğru addımı yalnız və yalnız susmaq ola bilər”, - deyə Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top