Əlilliyə aparan əsas səbəblərdən biri: Belə başlayır - ARAŞDIRMA

SAĞLAMLIQ 28 yan 2024, 18:37 222
Bir çoxlarının probleminə çevrilmiş miqrenin nə vaxt başlaya biləcəyinə dair bir fikrə sahib olmaq faydalı olmazmı? 

SOSİAL TV xəbər verir ki, bunu ABŞ-ın Milli Psixi Sağlamlıq İnstitutunun İntramural Tədqiqat Proqramının Genetik Epidemiologiya Tədqiqat Bölməsinin direktoru Dr. Ketlin Merikqanas və onun həmkarları araşdırıblar. 
 
Onlar iki həftə ərzində 477 insanın davranışlarını və simptomlarını izləmək üçün elektron gündəliklərdən istifadə ediblər.
 
“Neurology jurnalında dərc olunan tədqiqatın baş müəllifi Dr. Merikanqas yazıb: "Bu araşdırmanın əsas tapıntısı, əvvəlki gün yuxu keyfiyyətində və enerjidə baş verən dəyişikliklərin ertəsi gün baş ağrıları ilə əlaqəli olması idi”.
 
Tədqiqat qrupu yuxu keyfiyyətinin və enerjinin ertəsi gün miqren tutmasının vacib proqnozlaşdırıcıları olduğunu tapdı. Məlumatlar göstərib ki, bir gün pis yuxu keyfiyyəti və süstlükdən əziyyət çəkənlərin ertəsi səhər miqrenlə qarşılaşma ehtimalı daha yüksəkdir. Orta hesabla daha yüksək enerji və stress, adətən, günün gec saatlarında migrenin başlanğıcını proqnozlaşdırırdı.
 
Alimlər deyirlər ki, miqrenin nə vaxt başladığını bilmək, xüsusən də miqren başlamazdan əvvəl müalicəyə artan marağı nəzərə alsaq, kritik ola bilər. 2018-ci ilin fevral ayında aparılan bir araşdırmaya görə, xroniki miqrenlər 50 yaşdan kiçik insanlarda əlilliyin əsas səbəbidir.
 
Xəzər
“Cebhe.info”

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top