"Bu sonuncu addım idi"- İki ölkə arasında diplomatik BÖHRAN

XARİCİ SİYASƏT 19 yan 2024, 17:26 138
“Fransanın Azərbaycanla mədəni körpüləri yandırması atılacaq ən son addımdır”.
SOSİAL TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Le Monde” qəzetinə müsahibəsində deyib. 
E.Əmirbəyov müsahibəsində ötən ilin dekabrında Fransanın Evian şəhərində Azərbaycan şairi Xurşudbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktını tənqid edib. 
Prezidentin nümayəndəsinin sözlərinə görə, xarici dövlətlərlə münasibətlərimizdə ilk dəfədir ki, hansısa ölkə Azərbaycana qarşı bu qədər qərəzli amillərə əsaslanan qətnamələr qəbul edir. O, bu qətnamələrin erməni diasporunun təsiri altında qəbul edildiyini vurğulayıb. 
Fransa və Azərbaycan arasında münasibətlərdə hazırda davam edən diplomatik böhrandan bəhs edən məqalədə eyni zamanda yanvarın 18-i Milli Məclisdə Fransa ilə bütün iqtisadi əlaqələrin kəsilməsinə dair Azərbaycan hökumətinə edilən çağırış da xatırladılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top