“Ermənistan Naxçıvana gedən yolda rus sərhədçilərin yerləşdirilməsini istəmir” — Lavrov

XARİCİ SİYASƏT 18 yan 2024, 18:07 81
“Ermənistan Naxçıvana gedən yolda rus sərhədçilərin yerləşdirilməsini istəmir” — Lavrov
“Ermənistan Azərbaycandan Naxçıvana gedən yolda Rusiya sərhədçilərinin yerləşdirilməsini istəmir”.
Demokrat.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Düşünürəm ki, 2020-2022-ci illərdə imzalanmış üçtərəfli bəyanatların qiymətləndirilməsinin vacibliyindən utanmaq lazım deyil. Syunik vilayətindən (Zəngəzur dəhlizi nəzərdə tutulur) marşrutun açılması kimi Ermənistan üçün faydalı olan praktiki işin hələ də kağız üzərində qalması çox təəssüf doğurur”, - Lavrov bildirib.
Onun sözlərinə görə, səbəb İrəvanın mövqeyindədir və bu məsələ ilə bağlı İrəvana kimsə məsləhətlər verir.
“Biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal bu proseslərə dəvətsiz müdaxilə etməyə başladılar və spoyler rolunu oynadılar”, - deyə Lavrov bildirib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top