Gündəlik məlumat mənbələri ilə bağlı ictimai sorğu keçirib

ARAŞDIRMA 03 noy 2023, 14:08 73
İnformasiya mənbələrində və istifadəçi sayındakı intensiv artım, etibarlı informasiyaya çıxış imkanlarını aktuallaşdırır. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu istiqamətdə keçirilən ictimai rəy sorğusu insanların gündəlik əsas məlumat mənbələrini öyrənməyə imkan verib. Nəticələrə görə, respondentlərin 55,7 faizi məlumatları sosial şəbəkədən, 45,3 faizi televiziyadan, 30,7 faizi internet xəbər saytlarından, 12,5 faizi yaxın ətrafdan aldığını bildirib. Respondentlərin rəylərində növbəti sıralarda qəzet, jurnal (2,3 faiz), radio (1,8 faiz) və digər informasiya mənbələri (0,5 faiz) yer alıb.

Sorğunun nəticələrinin respondentlərin sosial-demoqrafik bölgüsünə görə təhlili, yaş artıqca televiziyanı əsas məlumat mənbəyi kimi qeyd edənlərin sayında artan, sosial şəbəkələr üzrə azalan dinamika olduğunu göstərib. Ümumi rəyləri yaşayış məntəqələrinin növünə görə təhlil etdikdə əhəmiyyətli fərqlər qeydə alınıb. Kənd ərazi vahidlərində yaşayanların əsas informasiya mənbəyinin televiziyalar (54,8%), şəhərdə məskunlaşanların əsas informasiya mənbəyinin sosial şəbəkələr (60,3%) olduğu məlum olub.

Nəticələri gender aspektindən təhlil etdikdə, sosial şəbəkə iştifadəçiləri üzrə bərabər bölgü qeydə alınarkən (kişilərin 55,3 faizi, qadınların 56,1 faizi), televiziyalar üzrə nəticələr fərqlənib (kişilərin 39,7 faizi, qadınların 50,2 faizi).

“Sosial şəbəkələrdən aldığınız məlumatın doğruluğunu yoxlayırsınızmı?” sualına cavab olaraq, respondentlərin 26,8 faizi yoxladığını, 67,2 faizi buna ehtiyac görmədiyini bildirib. Respondentlərin 6,0 faizi bu barədə hər hansı fikir bildirməyib. Nəticələrin təhlilinə əsasən, yaş artıqca sosial şəbəkələrdən aldığı informasiyanın doğruluğunu yoxlamayanların sayında artım qeydə alınır. 

Rizvan FİKRƏTOĞLU

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top