Xalq şairi Sabir Rüstəmxanlı gənclərlə görüşəcək

MƏDƏNİYYƏT 03 noy 2023, 17:53 43

Azərbaycanın Xalq şairi Sabir Rüstəmxanlı ilə gənclər təşkilatlarının "Ədəbiyyatımızın təbliğində gənclərin rolu" mövzusunda görüşü olacaq. 

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar Sosial TV-yə bildirib ki, görüş 6 noyabr, saat 15:00-da baş tutacaq.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək görüş zamanı şair ədəbiyyat, onun təbliğində gənclərin rolu, mütaliə mədəniyyəti, gənclərin bədii ədəbiyyata marağının artırılması ilə bağlı qənaətlərini iştirakçılarla bölüşəcək.

Rizvan FİKRƏTOĞLU

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top