ABŞ Hərbi Dəniz Qüvvələrinə qadın Baş Qərargah rəisi təyin edilib

DÜNYA 03 noy 2023, 13:50 36

ABŞ Hərbi Dəniz Qüvvələrinə yeni Baş Qərargah rəisi təyin edilib. Admiral Liza Françetti bu vəzifəni icra edəcək.

“Reuters” agentliyinin verdiyi xəbərə görə, ABŞ tarixində ilk dəfədir ki, Hərbi Dəniz Qüvvələrində Baş Qərargah rəisi vəzifəsini qadın icra edəcək. Admiral Liza Françettinin namizədliyini 95 senator dəstəkləyib, 1-i əleyhinə çıxıb.

Qeyd edək ki, Liza Françetti, həm də ABŞ Qərargah Rəisləri sistemində xidmət edən ilk qadın olub.

Rizvan FİKRƏTOĞLU

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top