ABŞ-da eniş edən təyyarə uçuş-enmə zolağına düşüb, lakin sonu fəlakətlə bitib

DÜNYA 06 okt 2023, 15:19 50
 ABŞ-ın Tennessi ştatında təyyarə eniş şassisi işə düşməyəndə fəlakətə səbəb olub. Eniş şassisi işə salınmayan təyyarə uçuş-enmə zolağında sürüşüb.
 Pilotların təkərləri aça bilmədiyi üçün göyərtəsində 3 nəfərin olduğu "Boeing 757" tipli təyyarə Chattanooga Metropolitan hava limanında uçuş-enmə zolağına düşüb.
 Axşam saatlarında baş verən hadisədə sürtünmə nəticəsində yaranan qığılcımlar anbaan qeydə alınıb. Pilotlar hava hərəkəti dispetçerlərinə "kiçik problem" yaşadıqlarını və növbəti hərəkətlərinə qərar vermək üçün havada vaxta ehtiyacları olduğunu bildiriblər.
Eniş şassiləri işə düşməyincə fövqəladə vəziyyət elan edilib.
 Problemin eniş şassisində olduğu müəyyən edilərkən, fövqəladə vəziyyət elan edilib. Pilotlardan biri “Təyyarədə üç nəfər var, 1,5 saata yaxın yanacaqımız qalıb” deyib.
 Daha sonra pilot hava limanı üzərindən alçaqdan uçmaq üçün icazə istəyib. Belə ki, məqsəd yerdə olan zabitlərin təyyarənin eniş şassisinin bağlı olub-olmadığını görmək olub.
Bir qığılcım çıxdı: "Onlar fəlakətdən qayıtdılar"- deyə məlumatda vurğulanıb.
 “Washington Post”un verdiyi xəbərə görə, hava dispetçerləri təyyarənin eniş şassisinin görünmədiyini bildirib.
 Eniş edən təyyarənin eniş zolağına toxunması nəticəsində meydana gələn güclü qığılcım ekipajı fəlakətlə üz-üzə qoyub.
 Təyyarə bir müddət uçuş-enmə zolağında sürüşüb və sonra dayanıb. Təyyarəyə xilasetmə qrupları müdaxilə edib.
Mənbə: EnSonHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top