Minlərlə illik heykəllər "Tövrata zidd" olduğu üçün sındırıldı

DÜNYA 06 okt 2023, 13:34 47
 İsraildə bir şəxs Qərbi Qüdsdəki bir muzeydə iki min illik heykəlləri "Tövrata zidd" olduğunu iddia edərək sındırıb.
 İsrail Polis sözçüsü tərəfindən edilən yazılı açıqlamaya görə, 40 yaşlarında olan ABŞ vətəndaşı turist Qərbi Qüdsdəki İsrail Muzeyində tarixi heykəllərə zərər verərkən mühafizəçi tərəfindən yaxalanıb.
 İlkin araşdırmadan sonra sözügedən şəxsin “heykəlləri Tövrata zidd olduğu əsası ilə sındırdığını” dediyi və həbs müddətinin uzadılması üçün bu gün məhkəmə qarşısına çıxarılacağı bildirilib.
 İsrail polisi sınmış heykəllərin və şübhəlinin heykəlləri sındırmaq üçün istifadə etdiyi çubuğun fotolarını paylaşıb.
 Haaretz qəzetinin məlumatına görə, İsrail Muzeyində Roma dövrünə aid Afina heykəli və III əsrə aid mifoloji heykəl nümayiş etdirildiyi sütunlardan yıxılaraq zədələnib.
Mənbə: TrtHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top