"Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdləri mənasızdır"

DÜNYA 06 okt 2023, 13:28 44
 Rusiya prezidenti Vladimir Putin Qərbin onun “inhisarçılığına” qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışdığını bəyan edib və “Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu” deyib.
 Hindistanın NDTV kanalının xəbərinə görə, Putin Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırıb.
 Putin, “Qərb onun monopoliyasına qarşı çıxan hər kəsdən düşmən yaratmağa çalışır, hər kəs risk altındadır, hətta Hindistan da, lakin Hindistan administrasiyası müstəqil şəkildə öz millətinin maraqlarına uyğun hərəkət edir” deyib.
 Hindistanı Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin mənasız olduğunu vurğulayan Putin Hindistanın baş nazir Narendra Modinin rəhbərliyi altında getdikcə daha da gücləndiyini qeyd edib.
 Putin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) islahatların aparılmasının zəruriliyinə diqqət çəkib və Hindistan, Braziliya və Cənubi Afrika kimi ölkələrin “qlobal blokda” daha çox təmsil olunmağa layiq olduğunu bildirib.
Mənbə: TrtHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top