Avtobus sürücülərinin tətili ictimai nəqliyyatın fəaliyyətini dayandırdı

DÜNYA 06 okt 2023, 13:21 37
 Fransanın İle-de-Frans bölgəsində təxminən 4 həftədir davam edən avtobus sürücülərinin tətili ictimai nəqliyyatda gecikmələrə səbəb olub.
 Sosial.tv xəbər verir ki, sentyabrın 12-də Parisin yerləşdiyi İle-de-Frans bölgəsindəki Vesinet, Montesson və Chatou şəhərlərində avtobus sürücülərinin iş şəraitinin yaxşılaşdırılması və həvəsləndirici mükafatlar tələbi ilə başladığı tətil davam edir.
 Tətil səbəbindən İle-de-Fransda 9 avtobus xəttində nəqliyyatın hərəkəti dayandırılıb.
 Digər tərəfdən, sürücülərlə işəgötürən şirkət arasında aparılan danışıqlarda hələlik heç bir irəliləyiş əldə olunmayıb.
Mənbə: TrtHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top