Priqojinin qəzaya uğrayan təyyarəsidən əl qumbarasının hissələri aşkar edildi

DÜNYA 06 okt 2023, 13:03 44
  Rusiya prezidenti Vladimir Putin bildirib ki, Vaqnerin qurucusu Yevgeni Priqojinin öldüyü təyyarənin qalıqları arasında tapılan cəsədlərdə qumbaraatan hissələri tapılıb.
Putin Soçidə keçirilən Beynəlxalq Valday Klubunun toplantısında cari məsələlərlə bağlı sualları cavablandırıb.
Rusiyanın “Türk axını” təbii qaz kəməri ilə Avropaya daşınmasına davam etdiyini bildirən Putin, “Görünür, Ukraynalı terror qruplaşmaları bu xətti zədələmək istəyir” deyib. 
 Rusiya döyüş gəmilərinin Qara dənizin altındakı boru kəməri sistemlərini qoruduğunu vurğulayan Putin, “Ancaq Ukraynaya məxsus pilotsuz dəniz vasitələri ilə xətlərə hücum etməyə çalışırlar və bu hücumlar ingilisdilli mütəxəssislərin iştirakı ilə hazırlanır. Dinlədiyimiz söhbətlərdə bunu eşidirik. "Bundan istədiyiniz nəticəni çıxara bilərsiniz" deyə bildirilib. 
 Putin avqustun 23-də Rusiyanın Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması və Priqojin də daxil olmaqla 10 nəfərin həlak olması hadisəsi ilə bağlı açıqlamalar verib.
 Hadisə ilə bağlı hələ də cavabsız bir sualın qaldığını bildirən Putin, “(Vaqner) şirkətinin rəhbərliyinə nə baş verdiyi ilə bağlı yəqin ki, açıq sual olduğunu bilirəm” deyə bildirib.
 Rusiya İstintaq Komitəsinin bu yaxınlarda ona hadisə ilə bağlı hesabat verdiyini bildirən Putin: “Qəzada ölənlərin cəsədlərində əl qumbarasının hissələri tapılıb. Təyyarəyə heç bir kənar təsir olmayıb və bu, Rusiya İstintaq Komitəsinin apardığı araşdırma nəticəsində sübuta yetirilən faktdır”deyib. 
 Priqojinin evində və Vaqnerin ofislərində aparılan axtarışlarda narkotik maddələrin tapıldığına diqqət çəkən Putin, “Təəssüf ki, ölənlərin qanında spirt və ya narkotik maddə ilə bağlı ekspertiza aparılmadı. “Məncə, belə bir araşdırma aparılmalı idi, amma aparılmadı” deyib.
 Rusiyada Vaqnerə bənzər qruplara ehtiyac olub-olmaması ilə bağlı hələ konsensus olmadığını vurğulayan Putin, “Ancaq bu günə kimi əminliklə deyə bilərəm ki, bu şirkətdən bir neçə min döyüşçü Rusiya ilə müqavilə imzalayıb. Silahlı Qüvvələr istəsələr hərbi əməliyyatlarda iştirak edə bilərlər” deyib. 
 Rusiyada özəl hərbi şirkətlərin olmadığını bildirən Putin, “Özəl hərbi şirkət mətbuatın verdiyi bir başlıq idi. Rusiyada özəl hərbi şirkətlər haqqında qanun olmadığından, özəl hərbi şirkətlər də yoxdur. Bizim belə şirkətlərimiz yoxdur və heç vaxt da olmayıb" deyib. 
Mənbə: Ntv.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top