Almaniyada bomba evakuasiyası: İnsanlar məscidə sığındılar

DÜNYA 06 okt 2023, 09:30 56
 Almaniyada İkinci Dünya Müharibəsindən qalma partlamamış bombanın tapılmasından sonra evakuasiya işləri zamanı evlərini tərk etmək məcburiyyətində qalan insanlar məscidə sığındılar.
 Evlərini tərk etmək məcburiyyətində qalan insanlar Ehrenfeld rayonundakı Türk-İslam Dini İşlər Birliyinə (DİTİB) bağlı Mərkəzi Məscidin konfrans zalında qonaq edilib.
 Məsələ ilə bağlı açıqlama verən DİTİB sədri Məhərrəm Kuzey, "Qonşularımızın üzünə qapımız hər zaman açıqdır. Onları öz evlərindəymiş kimi qonaq edib ehtiyaclarını qarşılamağa çalışacağıq. İnşallah dağıdılma prosesi mümkün qədər tez zərərsiz tamamlanar"- deyib.
 Kuzeyin bu açıqlamasından sonra bombanın qruplar tərəfindən zərərsizləşdirildiyi məlumatı gəlib.
Mənbə: EnSonHaber
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top