Azərbaycanın ermənilərə göndərdiyi humanitar yardım yoldadır

DÜNYA 22 sen 2023, 14:18
  Sosial.tv xəbər verir ki, Azərbaycanın Qarabağdakı ermənilərə göndərdiyi yardım maşınları Ağdamdan Xankəndinə yola düşüb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, hər biri 20 ton ərzaq və gigiyena materialları daşıyan 2 maşın və çörək daşıyan 2 maşından ibarət humanitar yardım karvanı Xankəndinə yola düşüb.
 Bildirilib ki, Qarabağda yaşayan erməni əhaliyə humanitar məsələlərdə dəstək bundan sonra da davam etdiriləcək.
 Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib: “Karvan hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə edərək Xankəndinə çatacaq. “Humanitar yardımlar karvan təyinat yerinə çatdıqdan sonra əhaliyə paylanacaq".
  Xatırladaq ki, ötən gün Azərbaycanın Yevla şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağdakı erməni əhalisinin nümayəndələri bir araya gələrək toplantı keçirib. Görüşlər zamanı Qarabağda yaşayan erməni əhalinin reinteqrasiyası və regionun infrastrukturunun bərpası, onların fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilərkən, erməni əhalisinin nümayəndələri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təcili tələbatlarının ödənilməsini xahiş ediblər. Azərbaycan tərəfi də bu ehtiyacların qısa müddətdə ödəniləcəyini bildirib.
Mənbə: Hurriyet.Tr
Aynur Camal 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top